Əgər AB Trampın təklifini rədd etsə, Ukraynaya silah verilməyəcək
Dünya
294
01 Apr 2026 | 23:30

Əgər AB Trampın təklifini rədd etsə, Ukraynaya silah verilməyəcək

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Hörmüz boğazının açılması üçün koalisiyaya qoşulmaq təklifini rədd etməsindən sonra Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib.

Moderator.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp ötən ay NATO-nun hərbi dəniz qüvvələrindən boğaz vasitəsilə gəmiçiliyin bərpasında ona kömək olunmasını istəyib, ancaq münaqişəyə cəlb olunmaq istəmədiklərini bildirən Avropa liderlərindən rədd cavabı alıb. Bundan sonra Tramp AB ölkələrini Ukrayna üçün silah alışı proqramı olan PURL çərçivəsində tədarükləri dayandıracağı ilə hədələyib.

Link kopyalandı!
Son xəbərlər