Rusiya Ayda araşdırmalar aparacaq
Dünya
253
01 Apr 2026 | 23:15

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq.

Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Bakanov bildirib.

O qeyd edib ki, onlar bu il Ayın daxili strukturunu öyrənmək üçün lazımi alətləri hazırlamağa başlayacaqlar.

Ətraflı

Rusiyanın Çinlə Ay proqramını inkişaf etdirməyə davam etdiyini bildirən Bakanov, proqramda ümumilikdə 15 ölkənin iştirakının planlaşdırıldığını qeyd edib.

O, Ayın strukturu ilə bağlı işlərin bu il sürətləndiriləcəyini deyib:

“Ayı skan edərək torpağını toplayıb məlumatları Yerə ötürəcək eniş modulunun dizaynını tamamlayacağıq. Ayın daxili quruluşunu öyrənmək üçün cihazların hazırlanmasına 2026-cı ildə başlanacaq”.

Qeyd edək ki, 2021-ci ildə Roskosmos ilə Çin Milli Kosmos İdarəsi arasında Ayda tədqiqatların aparılması üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Link kopyalandı!
Son xəbərlər