Ukraynanın keçmiş prezidenti 22 milyon dolları həyat yoldaşının adına keçirib
Dünya
235
22:00, Bu gün

Ukraynanın keçmiş prezidenti 22 milyon dolları həyat yoldaşının adına keçirib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2025-ci ildə təxminən 22.5 milyon dollar dəyərində olan qiymətli kağızları həyat yoldaşının adına yenidən rəsmiləşdirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu, onun 2025-ci il üzrə gəlir bəyannaməsində əks olunub.

Qiymətli kağızların verilməsi "hədiyyə" kimi rəsmiləşdirilib. Bundan əlavə, P.Poroşenko Avstriya, Kipr, Türkiyə və Ukraynanın müxtəlif banklarında olan hesablarda təxminən 35 milyon dollar, həmçinin ümumi məbləği 72.2 milyon dollar olan nağd pul vəsaitini bəyan edib.

Poroşenkonun ailəsinin mülkiyyətində beş yaşayış evi, torpaq sahələri və avtomobillər də var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər