Çində dövlət enerji şirkətinin keçmiş rəhbəri edam cəzasına məhkum edildi
Dünya
270
20:15, Bu gün

Çində dövlət enerji şirkətinin keçmiş rəhbəri edam cəzasına məhkum edildi

Çin məhkəməsi dövlətə məxsus "China Datang" enerji şirkətinin keçmiş baş direktoru Kou Veyi xüsusilə külli miqdarda rüşvət aldığına görə iki illik möhlətlə edam cəzasına məhkum edib.

Moderator.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, top-menecer tərəfindən alınan qeyri-qanuni vəsaitin məbləği 154 milyon yuan (ölkənin cari məzənnəsi ilə 22 milyon dollardan çox) təşkil edib. İstintaq müəyyən edib ki, Kou Vey şəxsi mənfəəti üçün sistemli şəkildə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Məhkəmənin qərarı ilə keçmiş məmur ömürlük siyasi hüquqlardan məhrum edilib. Bundan əlavə, onun bütün şəxsi əmlakı dövlət xeyrinə müsadirə edilə bilər.

Məhkəmə təqsirləndirilən şəxsin günahını tam şəkildə etiraf etdiyini və əməllərindən peşman olduğunu nəzərə alıb. Həmçinin qeyd olunub ki, Kou Vey istintaqla fəal əməkdaşlıq edib və bu səbəbdən ona yumşaldılmış - iki illik möhlətlə edam cəzası verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər