İsrail liderləri, ABŞ quru əməliyyatına başlamaq qərarına gələrsə, öz quru qüvvələrinin İran ərazisinə göndərilməsi ehtimalını istisna edirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Al-Monitor" nəşri İsrail ordusundakı mənbələrinə istinadən məlumat yayıb.
Eyni zamanda, portalın mənbələri bildiriblər ki, əgər quru əməliyyatı başlasa, İsrail ABŞ-yə kəşfiyyat və hava zərbələri baxımından bütün mümkün dəstəyi göstərməyə hazırdır.
"ABŞ bizdən ən dəqiq kəşfiyyat məlumatlarını və bütün mümkün yardımı alacaq", - mənbə bildirib.
Martın 26-da "Axios" nəşri ABŞ rəsmilərinə və mənbələrinə istinadən Pentaqonun İranın Xarq da daxil bir neçə adalarını ələ keçirilməsini əhatə edən dörd mümkün eskalasiya ssenarisi hazırladığını bildirib.
Bundan üç gün sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin İranın Xarq adasını ələ keçirməyə cəhd göstərəcəyi ehtimalını istisna etmədiyini açıqlayıb.