20:51
13°C
Bakı
Perunun şimal bölgəsində 5.9 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Moderator.az məlumat verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Seysmoloji mərkəzlərin hesabatına əsasən, zəlzələ yerli vaxtla saat 06:20-də (Bakı vaxtı ilə 15:20 - red.) baş verib. Təkanların mərkəzi təqribən 120 min əhalisi olan Tarapoto şəhərindən 87 kilometr məsafədə yerləşib. Təbii fəlakət mütəxəssislər tərəfindən dağıdıcı xarakterli qiymətləndirilir.
Eyni zamanda, ABŞ Geoloji Xidməti yeraltı təkanların maqnitudasının 6 bal, zəlzələ ocağının isə 108.6 kilometr dərinlikdə olduğunu açıqlayıb.