Pakistan və Əfqanıstan rəsmiləri sərhəd probleminin həlli üçün Çində bir araya gəldilər
Dünya
173
17:45, Bu gün

Pakistan və Əfqanıstan rəsmiləri sərhəd probleminin həlli üçün Çində bir araya gəldilər

Əfqanıstan və Pakistan rəsmiləri Çin nümayəndələrinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində sərhəd münaqişəsinin həlli üçün danışıqlar aparırlar.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Dawn" qəzeti Pakistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qəzetin mənbələri bildiriblər ki, hazırda Çinin Urumçi şəhərində davam edən danışıqlar Əfqanıstanın təşəbbüsü ilə başlayıb.

"Çinin görüşlərin keçirilməsinə kömək etməsi İslamabad və Kabil arasındakı münasibətlərin həllində vasitəçilik kimi qəbul edilməməlidir",-deyə açıqlamada qeyd olunub.

Mənbənin sözlərinə görə, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, eləcə də Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə Urumçidə keçirilən görüşün məqsədi Əfqanıstanla ikitərəfli qaydada sərhəddəki hərbi münaqişəyə son qoymaq yolları barədə fikir mübadiləsi aparmaqdır. Çin qarşılıqlı etimadı gücləndirmək üçün ilk addım olaraq ölkələr arasında ticarətin bərpa olunmasını təklif edib.

Qeyd edək ki, Pakistanın fevralın 26-da Əfqanıstanda yerləşən terrorçulara qarşı "Qəzab lil-Haq" ( "Haqlı qəzəb" - red.) əməliyyatına başlayıb. Martın 18-də isə İslamabad və Kabil Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin vasitəçiliyi ilə müsəlmanların Ramazan bayramı münasibətilə beş günlük atəşkəs elan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər