Rəsmi Moskva: İsrailin Xəzər dənizində yaratdığı təhlükə Rusiya üçün qəbuledilməzdir
Dünya
238
17:40, Bu gün

Rəsmi Moskva: İsrailin Xəzər dənizində yaratdığı təhlükə Rusiya üçün qəbuledilməzdir

İsrailin Xəzər dənizi hövzəsində yaratdığı təhlükə Rusiya üçün qəbuledilməzdir.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, İsrailin İranın Xəzər dənizi sahilindəki Hava Hücumundan Müdafiə sistemi obyektlərinə yenidən zərbə endirməsi barədə məlumatsız olduğunu qeyd edib.

Zaxarova Rusiyanın bu məsələ ilə bağlı mövqeyini xatırladıb. XİN rəsmisi vurğulayıb ki, Xəzər hər cür hərbi qarşıdurmadan azad məkandır: “İsrail tərəfindən Xəzər dənizi akvatoriyasında, o cümlədən ticarətin həyata keçirilməsinə və malların daşınmasına yaradılan təhlükə bizim üçün qəbuledilməzdir”.

Rusiya XİN sözçüsü əlavə edib ki, "İsrailin yaratdığı təhlükə bütün Xəzəryanı ölkələr tərəfindən qəti şəkildə qınanmalıdır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər