20:36
14°C
Bakı
SEPAH Hərbi Dəniz Qüvvələri BƏƏ-də ABŞ ordusunun zabitlərinin toplaşdığı gizli məkana zərbə endirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə SEPAH məlumat yayıb.
Məlumatda hücum nəticəsində 37 nəfərin öldüyü, çox sayda yaralının olduğu iddia edilir.
Bundan başqa, SEPAH Hərbi Dəniz Qüvvələrinin səhərdən etibarən beş genişmiqyaslı əməliyyat həyata keçirdiyi və bu əməliyyatlar çərçivəsində BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-a məxsus hərbi obyektlərin hədəf alındığı qeyd olunub.
Bildirilib ki, bu səhər dronlarla Hind Okeanının şimalında “Abraham Lincoln” gəmi qrupuna hücum edilib, nəticədə gəmi qrupu okeanın dərinliklərinə geri çəkilib.
SEPAH-ın bəyanatında Hörmüz boğazının tam nəzarətdə olduğu xüsusi vurğulanıb.