20:06
14°C
Bakı
Krımda An-26 hərbi təyyarə qəzasında Rusiya Silahlı Qüvvələrinin Şimal Donanmasının şəxsi heyəti həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.
Onun sözlərinə görə, Krımda An-26 hərbi nəqliyyat təyyarəsi qəzasında həlak olanlar arasında Şimal Donanmasının şəxsi heyəti də var.
O, qəzada Şimal Donanmasının neçə hərbçisinin öldüyünü dəqiqləşdirməyib.
Qeyd edək ki, martın 31-də axşam saatlarında Krımın hava məkanında Rusiya MN-nin An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib. Daha sonra təyyarənin qayaya çırpılaraq qəzaya uğradığı və nəticədə 7 ejipaj üzvü və 23 sərnişinin öldüyü bildirilib.