Ukrayna üzrə üçtərəfli danışıqlara fasilə verilib
Dünya
165
16:00, Bu gün

Ukrayna üzrə üçtərəfli danışıqlara fasilə verilib

"Ukrayna üzrə üçtərəfli danışıqlarda fasilə ABŞ nümayəndə heyətinin Yaxın Şərqdəki məsələlərlə məşğul olması ilə bağlıdır".

Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, Ukrayna böhranının nizamlanması üzrə üçtərəfli təmaslardakı durğunluğun Kiyevin Ukrayna Silahlı Qüvvələrini iki ay müddətində Donbas ərazisindən çıxarmaq şərtini yerinə yetirməsinin gözlənilməsi ilə əlaqəli olub-olmaması barədə verilən suala o, "əlaqəli deyil", - deyə cavab verib.

Peskov qeyd edib ki, fasilə ABŞ nümayəndə heyətinin hazırda Yaxın Şərqdəki vəziyyətlə bağlı digər məsələlərlə məşğul olması ilə bağlıdır. "Aydındır ki, onlar hazırda Ukrayna məsələləri üzrə üçtərəfli danışıqlarda fəal iştirak edə bilmirlər", - deyə Peskov əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər