Bizi sosial şəbəkələrdən izləyin:
Hindistanda təyyarə yanacağı kəskin - iki dəfədən çox bahalaşıb və 2022-ci ildən bu yana ilk dəfə olaraq min litr üçün 200 min rupi (təqribən 2 100 ABŞ dolları - red.) həddini geridə qoyub.
Moderator.az xəbər verir ki, bu barədə TASS Hindistanın dövlət neft-qaz korporasiyalarının rəsmi internet resurslarına əsaslanaraq məlumat yayıb.
Paralel olaraq, Çinin hava yolu şirkətləri ölkədaxili reyslərdə yanacaq üzrə əlavə ödənişləri çoxaltmağı nəzərdə tutur. "Xiamen Airlines" və "China United Airlines" kimi aşağı büdcəli aviaşirkətlər sözügedən rüsumları altı dəfə artırmağı planlaşdırırlar.