ABŞ NATO-dan çıxmağı düşünür
Dünya
187
11:30, Bu gün

ABŞ NATO-dan çıxmağı düşünür

"Ağ Ev NATO-nun ABŞ üçün dəyərini yenidən nəzərdən keçirməlidir".
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində bildirib.
 
"NATO - Avropanı müdafiə etmək üçün qoşunlarımızın orada olması deməkdir. Lakin onların köməyinə ehtiyac duyduğumuz zaman, hərbi bazalarından istifadə etməyimizə icazə vermələrini istədiyimiz zaman onların cavabı "yox" olur. Onlardan hava hücumları həyata keçirmələrini istəmirik. Bəs niyə NATO-dayıq? Biz bu sualı verməliyik ", - deyə M.Rubio bildirib.
 
Dövlət katibinin sözlərinə görə, ABŞ son mərhələyə qədəm qoyan İran müharibəsinin bitməsindən dərhal sonra NATO-nun əhəmiyyətini yenidən qiymətləndirə bilər.
 
"Bu, bu gün və ya sabah baş verməyəcək, amma baş verəcək. Biz bu nöqtəyə ordumuz bütün missiya məqsədlərinə nail olanda çatacağıq", - deyə o əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər