Bizi sosial şəbəkələrdən izləyin:
İranın şimalında yerləşən Babolsər şəhərində azı 4 dövlət qulluqçusu saxlanılıb.
Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, həmin şəxslər düşmənin xeyrinə casusluq etməkdə ittiham olunurlar.
Dövlət məmurlarının konkret olaraq hansı əməllərdə günahlandırıldığı barədə ətraflı məlumat verilmir.
Xatırladaq ki, martın 17-də İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei İsrail və ABŞ ilə əməkdaşlıqda, habelə onların xeyrinə casusluqda təqsirli bilinən şəxslərin ölüm hökmünə və ya əmlaklarının tamamilə müsadirə olunmasına məhkum ediləcəyini bəyan edib.
Martın 15-də isə İran polis rəisi Əhməd Rza Radan fevralın 28-dən bəri ölkənin hüquq-mühafizə orqanları tərəfindən düşmənlə əməkdaşlıqda şübhəli bilinən azı 500 nəfərin həbs edildiyini açıqlayıb.