Abbas Əraqçı Stiv Uitkoffla birbaşa təmasların olduğunu açıqlayıb
Dünya
271
31 Mar 2026 | 23:57

Abbas Əraqçı Stiv Uitkoffla birbaşa təmasların olduğunu açıqlayıb

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa təmasların bərpa olunduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə o, "Al Jazeera"ya müsahibəsində danışıb.

"Əvvəlki kimi Uitkoffdan birbaşa mesajlar alıram. Lakin bu, danışıqlar apardığımız anlamına gəlmir. Bu, sadəcə birbaşa və ya regiondakı dostlarımız vasitəsilə mesaj mübadiləsidir", - deyə Əraqçı qeyd edib.

Nazirin sözlərinə görə, İran hələlik ABŞ-nin münaqişənin tənzimlənməsi ilə bağlı 15 bəndlik planına rəsmi cavab verməyib və qarşılıqlı şərtlər irəli sürməyib.

Əraqçı, həmçinin bildirib ki, İran dost ölkələrin gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi üçün bütün tədbirləri görüb. Bu imkanın ABŞ, İsrail və onların tərəfdaşlarına şamil olunmadığı qeyd edilib.

O əlavə edib ki, Tehran ölkə ərazisinə mümkün quru müdaxiləsinə də hazırdır.

Link kopyalandı!
Son xəbərlər