Zelenski “Şahzadə Olqa” ordeni ilə təltif edildi
Dünya
277
31 Mar 2026 | 23:47

Zelenski “Şahzadə Olqa” ordeni ilə təltif edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallası “Şahzadə Olqa” ordeni ilə təltif edib.

Moderator.az xəbər verir ki, Kallas bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Rusiya müharibəyə başlayandan bəri mən hər gün Ukrayna haqqında düşünürəm. Ölkənizin özünü müdafiə etməsinə kömək etmək üçün əlimdən gələni edəcəyəm”, - o yazıb.

Kallas bu böyük şərəfə görə Ukrayna liderinə xüsusi təşəkkür edib.

Link kopyalandı!
Son xəbərlər