İsrail Fransa ilə silah ticarətini dayandırıb
Dünya
198
31 Mar 2026 | 23:40

İsrail Fransa ilə silah ticarətini dayandırıb

İsrail Fransa ilə silah ticarətini dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumatı İsrail Müdafiə Nazirliyi də təsdiqləyib. Mənbələrin sözlərinə görə, bu addım Parisin son iki ildə İsrailə qarşı "açıq şəkildə düşmən mövqe" sərgiləməsi ilə əlaqələndirilir.

Bununla yanaşı, qərarın real təsirlərinin hələlik tam aydın olmadığı vurğulanır. Bildirilir ki, İsrail ilə HƏMAS arasında müharibə başladıqdan sonra Fransa artıq İsrail silahlarını boykot edib və əvvəlcədən imzalanmış müqavilələr qüvvədə qalacaq.

Qeyd olunur ki, Ukraynada müharibənin başlanmasından sonra Avropada İsrailin hava hücumundan müdafiə və digər müdafiə sistemlərinə tələbat xeyli artıb.

Link kopyalandı!
Son xəbərlər