SEPAH ABŞ ordusunun 200 nəfərlik toplanış məntəqəsinə zərbə endirildiyini açıqlayıb
Dünya
148
31 Mar 2026 | 23:20

SEPAH ABŞ ordusunun 200 nəfərlik toplanış məntəqəsinə zərbə endirildiyini açıqlayıb

İran ABŞ ordusunun Səudiyyə Ərəbistanında yerləşən Əl-Xərc bazasına dron və raketlərlə hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Amerikanın Səudiyyə Ərəbistanının Əl-Xərc bölgəsindəki pilotlarının və uçuş heyətinin yaşayış yerinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdik və 200 nəfərlik toplaşma nöqtəsini vurduq", - o qeyd edib.

Link kopyalandı!
Son xəbərlər