Qebreyesus: Tehrana hücumlar zamanı ÜST-nin ofisinə zərər dəyib
Dünya
274
31 Mar 2026 | 23:00

Qebreyesus: Tehrana hücumlar zamanı ÜST-nin ofisinə zərər dəyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tehrandakı ofisinə İran paytaxtına edilən hücumlar nəticəsində zərər dəyib.

Moderator.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus "X" sosial şəbəkəsində bildirib.

"Son iki gecə ərzində ÜST-nin Tehrandakı ofisinin ərazisinə zərbələr endirilib və nəticədə pəncərələr sınıb. Xoşbəxtlikdən ÜST-nin İrandakı ofisinin bütün əməkdaşları təhlükəsizlikdədir və heç kim xəsarət almayıb", - paylaşımda qeyd olunub.

Qebreyesus bu cür zərbələrin yolverilməz olduğunu vurğulayıb, ÜST və digər BMT agentliklərinin binalarının harada yerləşdiyinin hər kəsə məlum olduğunu nəzərə alaraq hücumların nəyin bahasına olursa-olsun qarşısının alınmalı olduğunu qeyd edib.

Link kopyalandı!
Son xəbərlər