Bağdadda amerikalı jurnalist oğurlanıb
Dünya
319
31 Mar 2026 | 22:00

Bağdadda amerikalı jurnalist oğurlanıb

İraqın paytaxtı Bağdadda amerikalı jurnalist Şelli Kittlson oğurlanıb.

Moderator.az xəbər verir ki, məlumatı 9tv.co.il yayıb.

Qeyd olunub ki, silahlı şəxslər şəhərin mərkəzində jurnalistin avtomobilini saxlayaraq, onu maşından çıxarıb və hadisə yerindən uzaqlaşıblar.

İraq Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib. Bildirilib ki, təqibdən sonra bir şübhəli saxlanılıb, digər şəxslərin axtarışı davam edir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Link kopyalandı!
Son xəbərlər