00:53
12°C
Bakı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilən oyun zamanı 21 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının baş məşqçisi Egemen Korkmazın səhhətində qəfildən problem yaranıb.
Moderator.az xəbər verir ki, matçın gedişində texniki zonada olan mütəxəssis bir anda yerə yıxılıb. Dərhal tibbi briqada müdaxilə edib və həkimlərin ilkin yardımından sonra o, stadiondan uzaqlaşdırılaraq xəstəxanaya çatdırılıb.
Hazırda Egemen Korkmazın səhhəti ilə bağlı əlavə məlumat verilməyib.