22:46
12°C
Bakı
ABŞ dövlət katibi Marko Rubio G7 ( Böyük yeddilik) ölkələrindən Hörmüz boğazında təhlükəsizlik missiyasında iştirak etməyə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rubio bildirib ki, ABŞ-ın boğazın açılması üçün yardıma ehtiyacı yoxdur, lakin hərbi əməliyyatlardan sonra beynəlxalq dəniz koalisiyasının yaradılmasını istəyir.
“ABŞ növbəti mərhələdə gəmilərin müşayiəti və ya sadəcə beynəlxalq iştirakın təmin edilməsi üçün bizim dəstəyimizə ehtiyac duyacaq ki, İrana boğaz üzərində nəzarətin onlarda olmadığını göstərsin”, – deyə mənbə qeyd edib.
G7 ölkələri bu təşəbbüslə razılaşıb.