Dünya
676
20:50, Bu gün

"ABŞ Yaxın Şərqə qoşun yığır: məqsəd nədir?" - BBC

"Regiona minlərlə hərbçinin göndərilməsi mümkün ssenarilərdən xəbər verir..."

ABŞ Yaxın Şərqdə, xüsusilə Fars kötfəzi ətrafında hərbi mövcudluğunu sürətlə artırır. Ümumilikdə bölgəyə ən azı 8 min amerikalı hərbçinin göndərilməsi gözlənilir və bu, Vaşinqtonun hərbi variantlarını genişləndirdiyini göstərir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Xüsusi təyinatlılar və desant qüvvələri

Məlumatlara görə, bölgəyə dəniz piyadaları, hava-desant bölmələri və xüsusi təyinatlı qüvvələr - "dəniz pişikləri" və reyncerlər yerləşdirilib. Bu qüvvələr əsasən yerüstü əməliyyatlar üçün nəzərdə tutulub ki, bu da indiyə qədər daha çox hava zərbələri ilə məhdudlaşan strategiyada dəyişiklik siqnalıdır. Ekspertlər hesab edir ki, bu addım münaqişənin ilkin planlardan daha geniş miqyas ala biləcəyinə işarə edir.

Üç əsas ssenari

Analitiklər ABŞ-ın bu qüvvələrdən üç mümkün istiqamətdə istifadə edə biləcəyini qeyd edir:

- Hörmüz boğazının blokadadan çıxarılması

- İranın əsas neft mərkəzi olan Xark adasının ələ keçirilməsi

- zənginləşdirilmiş uranın ölkədən çıxarılması əməliyyatı.

Xüsusilə Hörmüz boğazı qlobal enerji ticarəti üçün kritik əhəmiyyət daşıyır - buradan dünya neft və qaz daşımalarının böyük hissəsi keçir. İranın bu boğazı bağlaması artıq beynəlxalq bazarlara ciddi təsir göstərir.

Hərbi və iqtisadi risklər

Boğazın açılması üçün ABŞ-ın adalar üzərində nəzarəti ələ keçirməsi lazım gələ bilər. Lakin bu, ciddi riskli əməliyyat sayılır, çünki həmin ərazilər raket sistemləri, HHM və digər müdafiə vasitələri ilə möhkəmləndirilib.
Digər variant - Xark adasının ələ keçirilməsi İranın neft gəlirlərinə ağır zərbə vura bilər.

Amma bu addım regionda daha geniş eskalasiyaya səbəb ola və cavab zərbələrini tetikleyə bilər. Ən mürəkkəb ssenari isə nüvə proqramı ilə bağlıdır. ABŞ-ın İran ərazisindən zənginləşdirilmiş uranı çıxarmağa cəhd etməsi həm texniki, həm də hərbi baxımdan son dərəcə çətin əməliyyat hesab olunur.

Gərginlik yeni mərhələyə keçir

Analitiklərin qənaətinə görə, ABŞ-ın bölgəyə sürətli qoşun yığması sadəcə preventiv addım deyil. Bu, Vaşinqtonun mümkün genişmiqyaslı əməliyyatlara hazırlaşdığını göstərir. Eyni zamanda bu addım onu da göstərir ki, Yaxın Şərqdə vəziyyət sürətlə dəyişir və qarşıdurma artıq yalnız hava zərbələri ilə məhdudlaşmaya bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər