İran AT&T və
Dünya
199
20:30, Bu gün

İran AT&T və "Siemens" şirkətlərinin obyektlərinə zərbələr endirdiyini açıqlayıb

İran Silahlı Qüvvələri AT&T və "Siemens" şirkətlərinin İsraildə yerləşən obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr Ben-Qurionda və Hayfa şəhərində yerləşən rabitə, telekommunikasiya və sənaye obyektlərini hədəf alıb.

"Bu gün səhərdən etibarən İran Silahlı Qüvvələri Ben-Qurion və Hayfada yerləşən, "Siemens" və AT&T şirkətlərinə məxsus, İsrail ordusu ilə əlaqəli strateji əhəmiyyətli rabitə, telekommunikasiya və sənaye obyektlərinə dağıdıcı zərbələr endirib", - deyə İranın dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər