23:37
12°C
Bakı
İran Silahlı Qüvvələri AT&T və "Siemens" şirkətlərinin İsraildə yerləşən obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr Ben-Qurionda və Hayfa şəhərində yerləşən rabitə, telekommunikasiya və sənaye obyektlərini hədəf alıb.
"Bu gün səhərdən etibarən İran Silahlı Qüvvələri Ben-Qurion və Hayfada yerləşən, "Siemens" və AT&T şirkətlərinə məxsus, İsrail ordusu ilə əlaqəli strateji əhəmiyyətli rabitə, telekommunikasiya və sənaye obyektlərinə dağıdıcı zərbələr endirib", - deyə İranın dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilib.