SEPAH ABŞ-nin İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
Dünya
190
19:30, Bu gün

SEPAH ABŞ-nin İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib

SEPAH sui-qəsdlərə cavab olaraq Yaxın Şərqdə ABŞ-a məxsus şirkətləri hədəf alacağını bəyan edib.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, sui-qəsdlərin planlaşdırılmasında rol oynayan İT, süni intellekt və texnologiya şirkətləri legitim hədəf olacaq.

“Bu müəssisələrin əməkdaşlarına tövsiyə edirik ki, öz həyatlarını qorumaq üçün dərhal öz iş yerlərindən uzaqlaşsınlar. Region ölkələrində bu şirkətlərin ətrafında yaşayan sakinlər də 1 km radiusda ərazini tərk edib təhlükəsiz yerlərə getsinlər”, - xəbərdarlıqda deyilir.

Bəyanatda "Cisco", "HP", "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", "IBM", "Dell", "Palantir", "Nvidia", "JP Morgan", "Tesla", "GE", "Spire Solutions", "G42", "Boeing" kimi şirkətlərin adları yer alıb.

Bu şirkətlərin 1 apreldən etibarən hücumlara məruz qalacağı qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər