Pit Heqset:
Dünya
192
19:00, Bu gün

Pit Heqset: "ABŞ İrana quru qoşunlarının yerləşdirilməsini istisna etmir"

"Vaşinqton İranla müharibədə quru qoşunlarının yerləşdirilməsi də daxil olmaqla, heç bir variantı istisna etmir, lakin planların açıqlanması ordunu gözlənilməzlik elementindən məhrum edir".

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset mətbuat konfransında bildirib.

"Biz heç bir variantı istisna etmirik. Düşmənə nə etməyə hazırlaşdığını və ya nəyi etmək istəmədiyini, o cümlədən quru qoşunlarının yerləşdirilməsini deməklə, döyüşdə qalib gəlmək mümkün deyil. Mahiyyət gözlənilməz olmaqda və nə etmək istədiyini və ya istəmədiyini qəti şəkildə heç kimə bildirməməkdir", - deyə Heqset bildirib.

Link kopyalandı!
Son xəbərlər