Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə kiberpatrul və texniki analiz işləri nəticəsində cinayətkar qruplaşmanın təxminən 20 milyard TL (449,6 milyon dollar) pul dövriyyəsinin olduğu müəyyən edilib. "Bunun Türkiyədə indiyə qədər kibercinayətlər və oxşar xarakterli istintaqlarda əməliyyat həcmi baxımından müəyyən edilmiş ən yüksək məbləğ olduğu aydınlaşdırılıb", - məlumatda qeyd edilib.
"İnformasiya sistemlərindən istifadə edərək vətəndaşlarımıza qarşı dələduzluq edənlərin, vətəndə olduğu kimi virtual izləməsi də aparılır", - əlavə olunub.