Dünya
411
18:50, Bu gün

"Qərbin çöküşü qaçılmazdır: professor Açariyanın nəzəri baxışı" - "The Hindu"

"Tramp Qərbin çöküşünün səbəbi deyil, nəticəsidir..."

Tramp Qərbin çöküşünü simvolizə edir. Dünya öz tarixi normalarına, yəni çoxsivilizasiyalı sistemə qayıdır.

Moderator.az xəbər verir ki, bu barədə Amerika Universitetinin professoru Amitav Acariya Hindistanın "The Hindu" nəşrinə müsahibəsində bəyan edib.

Qərbin çöküşü və Trampın rolu

Professor 5 min illik tarixi misal gətirərək göstərir ki, dünya nizamı heç vaxt Qərbin monopoliyası olmayıb. Onun sözlərinə görə, Qərbin çöküşü tamamlanmış bir iflas deyil, sadəcə tarixi norma, yəni çoxsivilizasiyalı sistemə dönüşdür. Acariya bunu "multipleks dünya" adlandırır: çoxlu dövlətlər, institutlar və normalar eyni anda fəaliyyət göstərir və heç bir ölkə hamıya qayda qoymur.

Trampın siyasəti liberal dünya nizamını sarsıdır və bu sistemin strukturunu dəyişdirir. Professor Açarıya vurğulayır ki, Trampın yanaşması fərdi, birtərəfli və şəxsi motivlidir. O, rüsumları silah kimi istifadə edərək liberal nizamın institusional irsini monetizasiya edir. Bu, güc deyil, hegemonluğun qalıqlarından yararlanmaqdır.

Hindistan və qlobal siyasət

Professor Hindistanın ABŞ ilə ticarət razılaşmalarını sərt tariflər altında qəbul etməsini və rus neftindən imtina etməsini strateji itki kimi qiymətləndirir. Onun sözlərinə görə, Hindistanın əsas strateji problemi Pakistanla bağlıdır və bu enerjini Çinlə pragmatik əməkdaşlığa yönəltmək lazımdır. Eyni zamanda, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması vacibdir ki, onlar daim vəziyyəti çətinləşdirməsinlər.

Multipleks model və qlobal dəyişikliklər

Açarıya bildirir ki, multipleks sistemi çoxqütblü sistemdən fərqlidir. Çoxqütblülük yalnız böyük dövlətlərin sayını və hərbi-iqtisadi gücünü ölçür. Multipleks dünya isə real nizamın memarlığını əks etdirir: korporasiyalar, qeyri-dövlət aktorları, regional ittifaqlar, vətəndaş cəmiyyəti və iqlim koalisiyaları eyni anda fəaliyyət göstərir. Tramp çox sahələrdə dağıdıcılıq edə bilər, amma rejimləri dəyişdirə bilmir. ABŞ isə artıq yalnız dağıdıcı, yaradıcı güc deyil.

İran müharibəsi və ABŞ hegemonluğu

Professorun qənaətinə görə, İranda müharibə ABŞ-ın qlobal nüfuzunu zəiflədir. İran sağ qalacaq, hökumət qalacaq, ABŞ isə qismən təcrid olunmuş vəziyyətlə üzləşəcək. Nəticədə, Amerikanın qlobal hegemonluğu sürətlə sona çatacaq və multipleks dünya yaranacaq: böyük, orta və regional güclər daha çox müstəqillik qazanacaq.

ABŞ-ın gələcək xarici siyasəti

Trampdan sonra ABŞ-ın xarici siyasəti üçün etimadın bərpası çətin olacaq. Avropa, Hindistan və digər böyük tərəfdaşlar artıq ABŞ-a asılılığı azaldıb, bu dəyişiklik geri çevrilməyəcək. NATO zəifləyib, Ümundünya Ticarət Təşkilatı funksionallığını itirib, normativ nüfuz itirilib. Amerikanın iştirakı gələcəkdə yalnız seçici, maraq yönümlü və qeyri-müəyyən olacaq.

2035-ci ildə qlobal çağırışlar

Professor Açarıya ən ciddi qlobal çağırışları nüvə müharibəsi (Hindistan-Pakistan, Şimali Koreya və ya Rusiya) və iqlim dəyişikliyi olaraq görür. Bununla belə, o, Qlobal Cənub ölkələrinin, məsələn Çin, Hindistan, İndoneziya və Vyetnamın nisbətən sakit qalacağını qeyd edir. Qərbdə isə xaosdan qorxu daha güclüdür. Professor vurğulayır ki, dünya problemlərinin çoxu Qərbin müdaxiləsi ilə əlaqəlidir.

Link kopyalandı!
Son xəbərlər