İranda casus qalmaqalı böyüyür: Təbrizdə 10 nəfər saxlanıldı
Dünya
210
18:40, Bu gün

İranda casus qalmaqalı böyüyür: Təbrizdə 10 nəfər saxlanıldı

İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşən Təbriz şəhərində Amerika Birləşmiş Ştatları və İsraillə gizli əlaqələrdə şübhəli bilinən 10 şəxs həbs edilib.

Moderator.az xəbər verir ki, müvafiq məlumatı İranın "Fars" xəbər agentliyi yayımlayıb.

Qeyd edək ki, bundan öncə İranın Kəşfiyyat Nazirliyi ölkənin dörd müxtəlif əyalətində ABŞ və İsrail xeyrinə casusluq fəaliyyətində ittiham olunan 54 nəfərin ələ keçirildiyini bəyan etmişdi.

Link kopyalandı!
Son xəbərlər