ABŞ İranı
Dünya
297
18:35, Bu gün

ABŞ İranı "B-52" BOMBARDMANÇI TƏYYARƏLƏRLƏ vurmağa başladı

ABŞ İran ərazisinə zərbələr endirmək üçün "B-52" strateji bombardmançı təyyarələrindən istifadə etməyə başlayıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn məlumat verib.

"Havada üstünlüyümüzü daha da artıraraq, "B-52"-nin quruda ilk uğurlu uçuşlarını həyata keçirməyə başladıq. Bu, düşmən üzərində üstünlüyü möhkəmləndirməyə, həmçinin mobil hədəfləri vurmağa imkan verdi", - deyə Keyn Pentaqondakı mətbuat konfransında bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər