İbrahim Zülfüqari:
Dünya
461
18:20, Bu gün

İbrahim Zülfüqari: "ABŞ heç vaxt Hörmüz boğazına nəzarət edə bilməyəcək"

"ABŞ heç vaxt Hörmüz boğazı üzərində nəzarəti ələ keçirə bilməyəcək".

Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfüqarinin sözlərinə istinadən məlumat yayıb.

"İranın düşmənləri olan ABŞ və İsrailin strateji səhvi onları rüsvay edib və məhv yoluna qoyub. Onlar informasiya müharibəsi, guya qabaqcıl silah və avadanlıqların nümayişi ilə İranı təslim olmağa və ya Hörmüz boğazı üzərində nəzarəti ələ keçirmək arzusunu gerçəkləşdirməyə məcbur edə biləcəklərini düşünməkdə yanılırlar. Onlar bu arzunu əbədi olaraq dəfn edəcəklər", - deyə "Tasnim" xəbər agentliyi onun sözlərini sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər atəşkəs razılaşması tezliklə əldə olunmasa və Hörmüz boğazı açılmasa, ABŞ İranın bütün elektrik stansiyalarını, neft quyularını və Fars körfəzindəki Xarq adasını məhv edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər