Hindistanın Bihar Şərif şəhərində məbəddə izdiham baş verib. Nəticədə ən azı 8 qadın həyatını itirib, 6 nəfər yaralanıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Times of India" nəşri məlumat verir.
Hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Ərazidə çox sayda insan toplaşıb.
Məbədin yaxınlığındakı meydanda müəyyən səs yayılmağa başlayıb ki, bu da təşvişə və izdiham arasında basabasa səbəb olub. İnsanlar qəfildən irəliyə doğru qaçıblar, bir neçə nəfər yıxılıb və tapdalanıb.
Yaralılar xəstəxanaya aparılıb və müalicə altına alınıblar.
Yerli sakinlər, eləcə də polis və inzibati orqanlar xilasetmə əməliyyatları aparıb və zərərçəkənlərin təxliyəsinə kömək ediblər. Həmçinin qeyd edilir ki, hökumət zərərgörmüş şəxslərin ailələrinə bütün mümkün yardımı göstərir.
Biharın Baş naziri Nitiş Kumar insanların ölümü ilə bağlı başsağlığı verib və insidenti "son dərəcə faciəli hadisə" adlandırıb.