Yaxın Şərq münaqişəsi ərəb ölkələrinə 200 milyard dollar zərbə vurub
Dünya
274
18:00, Bu gün

Yaxın Şərq münaqişəsi ərəb ölkələrinə 200 milyard dollar zərbə vurub

Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən ərəb dövlətlərinin təqribən 200 milyard dollar məbləğində maliyyə itkisi ilə üzləşəcəyi gözlənilir. Bu vəziyyət bölgənin iqtisadi inkişafına ağır təsir göstərə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) müvafiq hesabatına əsaslanaraq məlumat yayıb.

"Yaxın Şərq regionunda baş verən qısamüddətli hərbi gərginliklər ümumilikdə bütün ərəb ölkələri üçün kəskin və əhatəli sosial-iqtisadi fəsadlar yarada bilər", - deyə mütəxəssislər bildirib.

Mövcud proqnozlara əsasən, bölgədə işsizlik səviyyəsinin dörd faiz bəndi yüksəlməsi ehtimalı var. Nəticədə 3.6 milyona yaxın insan işsiz qala və təqribən 4 milyon şəxs yoxsulluq həddinə düşə bilər.

Körfəz Əməkdaşlıq Şurası üzvləri olan Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının öz ÜDM-lərinin 5.2 faizindən artığını itirəcəyi ehtimal olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər