1933 il həbs cəzasına məhkum olunmuş həkim vəfat edib
Dünya
291
17:40, Bu gün

1933 il həbs cəzasına məhkum olunmuş həkim vəfat edib

İspaniyanın Valensiya şəhərindəki xəstəxanalarda ən azı 275 nəfəri hepatit C virusuna yoluxduran anestezioloq Xuan Maeso 84 yaşında vəfat edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə ABC qəzeti məlumat verib.

2007-ci ildə həkim 1933 il həbs cəzasına məhkum edilib. Qəzetin məlumatına görə, o, 2023-cü ildən şərti azadlıqda olub.

Qeyd edilir ki, yoluxdurmalar 1988-ci ildə başlayıb və təxminən 10 il davam edib. Hadisə 1998-ci ildə ictimaiyyətin diqqətini cəlb edib. O zaman Valensiyadakı dörd xəstəxanada qeyri-adi dərəcədə çox sayda hepatit C-yə yoluxma halı aşkar edilib. Mütəxəssislər epidemiyanın virus daşıyıcısı olan anestezioloq tərəfindən ortaya çıxdığını müəyyən ediblər.

2005-ci ildə Maesonun işi üzrə məhkəmə prosesində məlum olub ki, o, eyni iynədən istifadə edərək xəstələrə vurmağı planlaşdırdığı bəzi anestezik maddələri özünə yeridib.

Link kopyalandı!
Son xəbərlər