İsrail ordusu
Dünya
256
16:52, Bu gün

İsrail ordusu "Hizbullah"ın hücumlarına cavab olaraq Beyruta zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Hizbullah"ın Hayfa və Qərbi Qalileyaya raket hücumlarına cavab olaraq Beyrutun cənubuna hava zərbələri endirib.

Moderator.az xəbər verir ki, bu barədə TASS Livanın mülki müdafiə xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr Beyrut beynəlxalq hava limanının yaxınlığında yerləşən Bir-Abəd rayonuna endirilib.

"Hücumdan sonra Bir-Əbəddə güclü partlayış səsləri eşidilib. Sakinlər təhlükəli zonada yerləşən evlərini güclə tərk edə biliblər. Hava hücumu İsrail ordusundan gələn xəbərdarlıqdan 20 dəqiqə sonra həyata keçirilib", - deyə agentliyi məlumatlandıran mənbə bildirib.

Link kopyalandı!
Son xəbərlər