18:28
13°C
Bakı
İranda xərçəng dərmanı müəssisəsinə aviazərbələr endirilib.
Moderator.az xəbər verir ki, bu barədə İranın keçmiş xarici işlər naziri və Payab Tədqiqat İnstitutunun təsisçisi Məhəmməd Cavad Zərif "X" hesabında məlumat yayıb.
Bildirilib ki, İsrail-ABŞ qüvvələri İranda xərçəng əleyhinə, anestezik və ixtisaslaşmış dərmanlar istehsal edən ən böyük əczaçılıq şirkətlərindən birini vurub.
"Pis xəyallarını gerçəkləşdirə bilməyən çarəsiz hücumçular xərçəng xəstələrini müalicə etmək üçün istifadə olunan əczaçılıq materialları istehsalçısını hədəf alıblar", - deyə o, paylaşımda bildirib.