19:55
11°C
Bakı
Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda partlayışda ölən və xəsarət alanların sayı artıb.
Rusiya mediasının xəbərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 58 nəfər yaralanıb.
16:15
Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda partlayışda bir nəfər ölüb, 52 nəfər yaralanıb.
Rusiya mediasının xəbərinə görə, itkin düşənlərin olduğu bildirilir.
Məlumata görə, müəssisənin ərazisində binalar zədələnib.
Yanğınsöndürənlər yanğını lokallaşdırmağa davam edirlər.
15:30
Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda yanğınla müşayiət olunan güclü partlayış baş verib.
Rusiya mediasının məlumatına görə, Nijnekamsk şəhərinin meri Radmir Belyaev bildirib ki, yanğın artıq lokallaşdırılır.