18:29
13°C
Bakı
Yaxın Şərqdəki münaqişədə növbəti günlər həlledici olacaq.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələrində böyük sayda fərarilik halları qeydə alınıb.
“Bizim daha çox imkanlarımız var, onların isə daha az. Cəmi bir ay ərzində biz şərtləri müəyyən etdik, qarşıdakı günlər həlledici olacaq. İran bunu bilir və demək olar ki, hərbi baxımdan bununla bağlı heç nə edə bilməz”, - nazir vurğulayıb.