Kəşfiyyatçılar Trampa İranın planları barədə hansı məlumatı ötürüblər?
Dünya
201
14:36, Bu gün

Kəşfiyyatçılar Trampa İranın planları barədə hansı məlumatı ötürüblər?

"ABŞ-nin kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran Vaşinqton administrasiyasının təhdidlərinə cavab verməyəcək".
 
Bu barədə "The Washington Post" qəzetində dərc olunan məqalədə bildirilir.
 
Yazıda qeyd olunub ki, kəşfiyyat xidmətinin nümayəndələri bu barədə Ağ Ev lideri Donald Trampa məlumat veriblər.
 
Məxfi qurumun analitiklərinin qiymətləndirməsi belədir ki, İran münaqişədə üstünlüyə malik olduğuna inanır və bu səbəbindən onun ABŞ-nin təhdidlərinə cavab verməsi ehtimalı azdır. Bildirilib ki, ABŞ lideri bu hesabat barədə məlumatlandırılıb. Nəşrdə qeyd olunub ki, Ağ Ev lideri müntəzəm olaraq İrana qarşı yeni təhdidlər irəli sürür, eyni zamanda ABŞ ilə İslam Respublikası hakimiyyəti arasında əlaqələrin mövcudluğunu qeyd edir.
 
Məlumata görə, İran isə Trampın demək olar ki, bütün iddialarını rədd edir.
 
Mənbələr nəşrə bildiriblər ki, tərəflər indiyə qədər yalnız Pakistan hökuməti vasitəsilə ziddiyyətli tələblər mübadiləsi aparıblar. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər