İran neftlə bağlı diskontu azaltdı, qiymətlər əhəmiyyətli dərəcədə artdı
Dünya
254
12:16, Bu gün

İran neftlə bağlı diskontu azaltdı, qiymətlər əhəmiyyətli dərəcədə artdı

"İran özünün neft partiyalarına tətbiq etdiyi diskontun (malın, xidmətin qiymətinin aşağı salınması və ya qiymətli kağızın nominal dəyəri ilə bazar dəyəri arasındakı fərq - red.) həcmini kiçildib, bununla da neftin qiyməti kəskin şəkildə artıb".
 
Moderator.az xəbər verir ki, bu sözləri İslam Respublikasının neft naziri Möhsün Paknejad bəyan edib.
 
"Yanacaqla təchizatla bağlı narahat olmağa dəyməz, bu sahədə bütün gərəkli addımlar atılıb və əhali arxayın ola bilər ki, heç bir çətinlik yaranmayacaq. Neft satışı sektorunda endirimlərin miqdarı xeyli dərəcədə aşağı salınıb. Eyni zamanda, orta satış qiyməti də əhəmiyyətli səviyyədə artıb", - deyə Paknejadın "Telegram" kanalındakı paylaşımında qeyd olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər