İran 88-ci hücum dalğasına başladı: ABŞ və İsrail hədəfləri vuruldu
Dünya
127
12:09, Bu gün

İran 88-ci hücum dalğasına başladı: ABŞ və İsrail hədəfləri vuruldu

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri cavab əməliyyatının 88-ci mərhələsi çərçivəsində ABŞ və İsrail hədəflərinə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti açıqlama yayıb:
 
"Bu gün səhər tezdən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin cəsur döyüşçüləri "Əsl Vəd-4" əməliyyatının 88-ci dalğası zamanı güclü hücumla ABŞ və sionist terrorçu hədəflərinə ağır zərbələr vurublar".
 
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzində İsraillə əlaqəli konteyner gəmisinə ballistik raket zərbəsi endirib. İran həmçinin Küveytdəki "Əhməd əl-Cabir" hava bazasına, BƏƏ-dəki ABŞ dəniz piyadalarının bazalarına və Bəhreyndəki hava limanı yaxınlığındakı "ЗРК Hawk" hava hücumundan müdafiə sisteminə hücum edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər