Pentaqon Yaxın Şərqə xüsusi təyinatlılar göndərib: Hörmüz boğazı və İsfahan hədəfdədir
Dünya
193
11:52, Bu gün

Pentaqon Yaxın Şərqə xüsusi təyinatlılar göndərib: Hörmüz boğazı və İsfahan hədəfdədir

İsrail Hörmüz boğazı və Xarq da daxil olmaqla Fars körfəzindəki İran adaları barədə kəşfiyyat məlumatlarını ABŞ-yə təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail hərbi mənbələrinə istinadən məlumat yayıb.
 
CNN xəbər yayıb ki, martın 29-da ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və bu ölkənin digər yüksəkrütbəli generalları ilə planlaşdırılmamış görüş keçirib.
 
"The New York Times" qəzetinin məlumatına görə, Pentaqon artıq Yaxın Şərqə bir neçə yüz xüsusi əməliyyat qüvvəsi göndərib.
 
Nəşrin mənbələri bildiriblər ki, bu bölmələr regiona gələn dəniz piyadaları və desantlara qoşulacaqlar.
 
Qəzetin mənbələri hesab edirlər ki, xüsusi təyinatlı qüvvələr desantlar və dəniz piyadaları ilə birlikdə İranın faktiki olaraq bağladığı Hörmüz boğazının müdafiəsi, eləcə də Xarq adasının ələ keçirilməsi əməliyyatlarına cəlb oluna bilərlər.
 
Bundan əlavə, xüsusi təyinatlıların İsfahandakı nüvə obyektində yüksək dərəcədə zənginləşdirilmiş uranın ələ keçirilməsi əməliyyatına qoşulması gözlənilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər