ABŞ Yaxın Şərqə daha 12 ədəd xüsusi təyyarə göndərir
Dünya
280
10:26, Bu gün

ABŞ Yaxın Şərqə daha 12 ədəd xüsusi təyyarə göndərir

Pentaqon Yaxın Şərqə göndərilmək üçün Böyük Britaniyadakı Leyknhit Hava Qüvvələri Bazasına 12 ədəd A-10 Thunderbolt II hücum təyyarəsindən ibarət eskadrilya yerləşdirib.
 
Moderator.az bildirir ki, Musavat.com Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatına istinadən xəbər verir ki, təyyarələr Nyu-Hempşirdəki Pease Air Milli Qvardiya Bazasından göndərilib. Onların transatlantik uçuşu Amerika tanker təyyarələri tərəfindən dəstəklənib.
 
Onların Yaxın Şərqdə yerləşdiriləcəyi dəqiq yer hələlik məlum deyil. Bu təyyarələrin gəlişi ilə ABŞ bölgədəki belə döyüş təyyarələrinin sayını ikiqat artıracaq.
 
A-10 Thunderbolt II hücum təyyarələri quru qoşunlarına atəş dəstəyi vermək və hücum dronlarını məhv etmək üçün nəzərdə tutulub. Bu məqsədlər üçün onlar lazerlə idarə olunan APKWS II və Sidewinder raketləri, eləcə də 30 mm-lik yeddi lüləli fırlanan topla təchiz olunub.
 
Yaxın Şərqdəki Amerika taktiki hava qüvvələrinin hazırda təxminən 250 döyüş təyyarəsi var. Onların ən böyük konsentrasiyası İordaniyadakı Müvəffəq Salti Hava Bazasındadır, burada F-35A, F-15E və F-16 da daxil olmaqla çoxsaylı Amerika qırıcı təyyarələri eskadrilyaları, eləcə də A-10 hücum təyyarələri eskadrilyası yerləşir. Amerika döyüş təyyarələri həmçinin İsraildəki Ovda Hava Bazasında və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında yerləşir.
Link kopyalandı!
Son xəbərlər