Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin Bursa bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çərçivəsində Bursa bələdiyyəsinin sədri də daxil olmaqla 50 nəfər nəzarətə götürülüb.
Xatırladaq ki, dünən Türkiyənin Uşak bələdiyyəsinin sədri Özkan Yalım həbs olunub.