Bizi sosial şəbəkələrdən izləyin:
BƏƏ-nin Dubay şəhərinin Əl-Bəda rayonunda bir evə düşən mərmi nəticəsində yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, hadisə baş verən zaman evdə heç kəs olmayıb. Lakin həmin vaxt binanın yaxınlığında olan dörd nəfər zərər çəkib. Onların aldıqları xəsarətlərin yüngül olduğu vurğulanır.