KİV: İranın İsfahan və Tehran şəhərlərində partlayışlar baş verib
Dünya
1375
31 Mar 2026 | 09:10

KİV: İranın İsfahan və Tehran şəhərlərində partlayışlar baş verib

İranın mərkəzində yerləşən İsfahan şəhərində bir neçə partlayış baş verib.
 
Moderator.az xəbər verir ki, bu iddianı " Al Hadath" televiziya kanalı irəli sürüb. Detallar hələlik açıqlanmayıb.
 
Sosial media istifadəçiləri iddia edirlər ki, İsfahan ətrafındakı Saffeh dağındakı raket mərkəzlərinə və Bədr hərbi hava limanına hücum edilib. Onlar ərazidə kiminsə sağ qalmasının ehtimalının az olduğunu deyirlər.
 
"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ ordusu İsfahanda böyük bir sursat anbarına zərbə endirib. Bildirilib ki, zərbə gecə saatlarında baş verib.
 
Bundan başqa İran paytaxtının qərbində də bir neçə güclü partlayış baş verib. Bu barədə "Cəmaran" xəbər agentliyi məlumat yayıb.
 
Bildirilib ki, İsrail və ABŞ-nin hava hücumlarından sonra Tehranın şərqindəki bir neçə məhəllə də elektriksiz qalıb.
 
Qeyd edilib ki, elektrik enerjisinin kəsilməsi əsasən paytaxtın Piruzi və digər şərq məhəllələrini əhatə edib. Müvafiq qurumlar və kommunal müəssisələr enerjinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlərə start veriblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər