Ekspertdən şok iddia:
Dünya
261
08:31, Bu gün

Ekspertdən şok iddia: "Kim Çen Inın bacısı dünyanın ən təhlükəli qadınıdır"

"Şimali Koreya rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon hazırda dünyanın ən təhlükəli qadınlarından biri hesab olunur".
 
Bu fikirləri Şimali Koreya məsələləri üzrə mütəxəssis Sonq-Yun Li Cənubi Koreyada dərc olunan "The Korea Herald" nəşrinə müsahibəsində səsləndirib.
 
Ekspert vurğulayıb ki, hazırda FPMKT (Koreya Fəhlə Partiyası) Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat şöbəsinin rəhbəri olan Kim Yo Çjon faktiki olaraq Şimali Koreya hakimiyyət iyerarxiyasında ikinci şəxsdir və Kim Çen Inın müavini kimi çıxış edir.
 
"Nüvə silahına malik doqquz ölkədəki nüfuzlu qadınlar arasında indiyədək bu cür hüdudsuz gücə rast gəlməmişik. Məhz buna görə də mən onu dünyanın ən təhlükəli qadını hesab edirəm", - deyə tədqiqatçı bildirib.
 
Mütəxəssis qeyd edib ki, FPMKT liderinin bacısı Şimali Koreyanın diplomatik arsenalında tayı-bərabəri olmayan bir fiqurdur. Diplomatik təmaslar zamanı Kim Yo Çjonun "gülərüzlülüyü və səmimiyyəti" ABŞ Prezidenti Donald Trampı təsirsiz hala gətirməyə yönəlib. Lakin Sonq-Yun Li bu davranışın əslində bir taktiki addım, hətta tələ ola biləcəyini vurğulayıb.
 
Tədqiqatçı əlavə edib ki, gələcəkdə Kim Yo Çjonun dövlət idarəçiliyini Kim Çen Inın rəsmi varisi hesab olunan qızı Kim Çju Eyə təhvil verib-verməyəcəyi hələlik qeyri-müəyyəndir. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər