Arnold Şvartsenegger fəxri doktorluq dərəcəsi aldı
Dünya
313
08:23, Bu gün

Arnold Şvartsenegger fəxri doktorluq dərəcəsi aldı

Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Şimali İrlandiyanın Olster Universitetinin fəxri doktorluq dərəcəsinə layiq görülüb.
 
Moderator.az bu barədə NTV telekanalına istinadən xəbər verir.
 
Məlumata əsasən, mərasim universitetin Belfastdakı kampusunda baş tutub. Sənətçiyə fəxri doktorluq dərəcəsi cəmiyyət qarşısındakı xidmətlərinə, ətraf mühitin mühafizəsinə və incəsənətə verdiyi töhfələrə görə təqdim edilib.
 
A.Şvartsenegger fəxri dərəcənin verilməsinin, xüsusilə də bunun gördüyü işlərə görə təqdim olunmasının hər zaman xoş olduğunu bildirib.
 
"Bu mənim üçün çox vacibdir. Çünki rektorun dediyi kimi, mən Belfastda ilk dəfə 60 il əvvəl olmuşam. Buradakı insanların çoxu o vaxt hələ doğulmamışdı. 60 il sonra yenidən buraya qayıdıram. Amma mən o zaman demişdim: "I'll be back" (Mən qayıdacağam)", - deyə Kaliforniyanın keçmiş qubernatoru qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər