Pezeşkian: İran hakimiyyəti əhaliyə xidmətlərin göstərilməsində fasilələrə yol verməyəcək
Dünya
190
30 Mar 2026 | 23:35

Pezeşkian: İran hakimiyyəti əhaliyə xidmətlərin göstərilməsində fasilələrə yol verməyəcək

İran Nazirlər Kabineti ölkə əhalisinə xidmətdə heç bir fasiləyə yol verməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb.

"Hökumət xalqa xidmət etməyə tam sadiqdir və xidmətlərdə heç bir fasiləyə yol verməyəcək. Birlikdə, milli həmrəylik içində bu qəddar işğala müqavimət göstəririk", - deyə o əlavə edib.

O, həmçinin bildirib ki, son kabinet iclasında ölkənin Silahlı Qüvvələrinin səylərini yüksək qiymətləndirib, İranın cəsur və çalışqan xalqına minnətdarlığını bildirib.

Link kopyalandı!
Son xəbərlər